• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ səfiri paytaxt merinə “yalançı” dedi

  • Dünya
  • 1 Fevral 2014 10:38
  • 599 Baxış
ABŞ  səfiri paytaxt  merinə “yalançı” dedi

ABŞ-ın Türkiyədəki səfəri Françes Rikkiardone Ankara meri Melih Gökçekin onunla bağlı danışdıqlarını təkzib edib.Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfirlik bu barədə yazılı açıqlama yayıb.

Qeyd edək ki, dünən M.Gökçek Ədalət və İnkişaf Partiyasının (AKP) Beypazarı seçki bürosunun açılışında Qərbə, həmçinin ölkəsindəki ABŞ səfirinə qarşı sərt açıqlamalar verib.

“ABŞ-ın səfirini dəvət etdim. “Sizə hadisələrin əslində necə baş verdiyini izah edim” dedim. Sonda “dəhşətə düşdüm” dedi. “Noyabr-dekabr aylarında baş nazir Ərdoğan və AKP iqtidarı gedəcək” dediyini söylədim. “Kim söylədi?” dedi, “təkzib etsənə” dedim. Təkzib etmədi. 17 Dekabrdan sonra da “bir imperiyanın süqutunu müşahidə edəcəksiniz” dedi. Beynəlxalq qüvvələrin müdaxiləsinin olduğu dəqiqdir. Hər şey mütəşəkkil hazırlanıb”, - Ankara Böyükşəhər Bələdiyyə başçısı söyləmişdi.

Səfirlikdən verilən yazılı açıqlamada “Səfir Rikkiardone merlə görüşündə hər vaxt paylaşdığımız qanunları dəstəklədiyimizi vurğuladı. Səfir paylaşılan demokratik dəyərlər arasında vətəndaşların ifadə azadlığı və dinc toplaşma haqqının da olduğu fikri üzərində dayandı” deyilir. Açıqlamada səfirin ABŞ-ın Türkiyənin siyasətinə qarışmadığını və qarışmayacağını, bunun əksi olan ittihamları isə qəbul etməyəcəklərini M.Gökçeklə görüşündə vurğuladığı qeyd olunub.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri 17 Dekabr “sui-istifadə əməliyyatı”ndan sonra "Halk bank”ın İranla əlaqələrinin kəsilməyini istədik dinləmədilər. Bir imperiyanın çökməsinə şahid olacaqsınız”, sözləri ilə gündəmə gəlmişdi. AKP iqtidarına yaxın qəzetlər isə “Rikkiardone, Türkiyədən get!” bağlı yazılar dərc etmişdilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR