Yeni versiya: “Boinq-777”ni Ukrayna hərbçiləri vurub
Bizi izləyin

Dünya

Yeni versiya: “Boinq-777”ni Ukrayna hərbçiləri vurub

Ukrayna Təhlükəsizlik Xidməti ölkə səmasında vurulan “Boinq-777” sərnişin təyyarəsi ilə bağlı yeni bir verisiya irəli sürüb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Viktor Yaqun Malayziyanın “Boinq-777" təyyarəsinin Rusiyaya tərəfinə keçmiş Krım hərbçiləri tərəfindən vurula biləcəyini deyib.

“Ukrayna Təhlükəsizlik Xidməti yeni versiya hazırlayır. Bu versiyaya görə, Malayziyanın sərnişin təyyarəsini Krım ərazisində qalan və sonradan Rusiya tərəfinə keçən Ukrayna hərbi qulluqçuları vura bilər. Təhlükəsizlik Xidməti güman edir ki, keçmiş Ukrayna hərbçiləri terrorçulara kömək edir”, - Viktor Yaqun deyib.

Onun sözlərinə görə, hansısa qısamüddətli təlimlərdə iştirak etmiş şəxslər “BUK-M” zenit-raket kompleksi kimi mürəkkəb bir silahı idarə edə bilməzlər: “Bu cür silahı idarə edənlər peşəkar səviyyədə hazırlıq keçməlidir”.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Malayziya Hava Yollarına məxsus “Boinq-777" sərnişin təyyarəsinin Rusiyadan Ukraynaya heyəti ilə birgə ötürülən ”BUK-M" zenit-raket kompleksi ilə vurulduğunu təsdiqləyən təkzibolunmaz sübutların olduğunu iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm