Artıq Türkiyənin də gerbi olacaq
Bizi izləyin

Dünya

Artıq Türkiyənin də gerbi olacaq

AKP millət vəkilləri Türkiyə Respublikasının dövlət gerbinin yaradılması üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, bu vaxtadək Türkiyənin gerbini yaratmaq üçün heç bir təşəbbüs göstərilməyib. Təxminən, yarım əsrdir gerbi olmayan Türkiyə üçün AKP-çi millət vəkilləri hərəkətə keçiblər.

AKP-nin Şanlıurfa millət vəkili Zeynəb Qaraxan Uslu 30 millət vəkilinin imzası ilə “Türkiyə Respublikası Dövlət Rəsmi Gerbinin Təyin Edilməsi Haqqında Qanun Layihəsi”ni AKP sədr vəkilinə təqdim edib. Qanun layihəsi uyğun görülsə, spikerə təqdim ediləcək və Türkiyə Böyük Millət Məclisində səsverməyə çıxarılacaq.

Xatırladaq ki, dünyada yalnız Türkiyə və Dominik Respublikasının dövlət gerbi yoxdur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm