ABŞ-da polislə qarşıdurma (FOTO)
Bizi izləyin

Dünya

ABŞ-da polislə qarşıdurma (FOTO)

Ağdərili polis zabitinin qaradərili silahsız gənci güllə ilə vuraraq öldürməsi ilə bağlı gərginlik davam etdiyi bir vaxt ABŞ Missuri ştatının Ferquson şəhərində nümayişçilərlər polis arasında dünən gecə yeni qarşıdurma baş qaldırıb.

Publika.az-ın məlumatına görə, Ferquson küçələrinə toplaşan dinc etirazçıların daha sonra nümayişi xaosa çevişməsinə müdaxilə edən iğtişaş polisi səksəndirici şaşkalar və gözyaşardıcı qazdan istifadə edib. Güclü silahlanmış hərbi qüvvələrin üzərinə Molotov kokteylləri atılıb. Bu barədə "Amerikanın Səsi" xəbər verir.

Polis kapitanı Ron Conson jurnalistlərə deyib ki, bu gün səhər polis güclü hücuma məruz qalsa da, atəş açmayıb. Onun sözlərinə görə, iki nəfər etirazçı kütlənin içərisində açılmış atəş nəticəsində yaralanıb. Etirazçılar polisin dağılışmaq tələbinə məhəl qoymayıb və Conson deyib ki, 31 nəfər saxlanıb.

O bildirib ki, nümayişçilərin çoxu dinc şəkildə etirazlarını bildirsə də, kiçik bir qrup nümayişlərin zorakı hal almasına səbəb olub. Polis zabitinin sözlərinə görə, rəsmilər xənayətkarların Ferquson icmasının yönəltməsinə imkan verməyəcək.

Dünən polis zorakılığı “qəsdən törədilmiş cinayət aktı adlandırıb” və onların əmlaka ziyan vurmaq, insanlara xəsarət yetirmək və ixtişaş yaratmaq məqsədi daşıdığını bildirib.

Nümayişçilər polis gözyaşardıcı qazdan istifadə etməyənədək hər hansısa zorakılığın törədildiyini inkar edir.
Zorakılıqlardan bir neçə saat sonra komendant saatı tətbiq edilib.








Oxumağa davam et
Reklam
Reklam

Gündəm