Dünya
İŞİD mühasirəsindəki türkmənlər DANIŞIR
"Niyə türkmənlər həmişə məzlum
olmalıdırlar?”
Bir neçə saat əvvəl İŞİD təkfirçi terrorçuları tərəfindən
mühasirədə saxlanılan türkmənlərin yaşadığı Amirli qəsəbəsi barədə
xəbər vermişdik. İslamazeri.az olaraq İraqdakı türkmənlərin,
xüsusən Amirlidəki türkmənlərin hal-hazırkı vəziyyəti ilə bağlı
araşdırma apardıq. Bunun üçün İraqın ən böyük türkmən partiyası
“İraq Türkmən Cəbhəsi” partiyasının rəsmiləri ilə əlaqə saxlayaraq,
ətraflı məlumat hazırlamışıq.
İraq “Türkmən Cəbhəsi Partiyası”nın ictimai əlaqələr şöbəsinin
müdiri Leyla Hancı İslamazeri.az-a açıqlamasında qeyd edib ki,
“Kərkükün mərkəzində vəziyyət normaldır. Amma Amirli qəsəbəsi ilə
bağlı məlumat ala bilmirik. Biz də sizin kimi məlumatları peyk
kanalları vasitəsi ilə öyrənirik.”
Amirli sakini Nicat Hüseyn deyib ki, “2 aydan çoxdur qəsəbəmizi
İŞİD terrorçuları hər tərəfdən mühasirədə saxlayır. 20 min vətəndaş
soyqırım təhlükəsi ilə üz-üzədir. Əhalinin özlərinin əkdiyi
buğdadan başqa heç bir qidası qalmayıb. Sularımızı da kəsiblər.
Burada vəziyyət olduqca acınacaqlıdır. Bəzən Hərbi Hava Qüvvələri
az miqdarda ərzaq gətirirlər. Qadınlar pis qidalanmadan xoş olmayan
hadisələrlə üz-üzə qalırlar, su çatışmazlığından körpələr süd ilə
yaxşı qidalana bilmirlər. Quraqlıq isə xəstəlikər yaradıb. Biz
nəyik ? İraq millətindən deyilik mi ? Niyə türkmənlər həmişə məzlum
olmalıdırlar?”
“İraq Türkmən Cəbhəsi”nin Kərkük Təzə Xurmatu büro rəsmisi Türkeş
Maalı İslamazeri.az-a bildirdi ki, “Mən sizinlə indi Təzə Xurmatu
adlı bölgədən danışıram. Mənim olduğum yerlə İŞİD terrorçuları
arasında cəmi 1200 metr məsafə var. Təzə Xurmatudan qərb
istiqamətinə 6 kilometr uzaqlıqda Bəşir qəsəbəsi yerləşir. Buranın
adını yəqin ki, bu günə kimi çox eşitmisiniz. Bəşir 72 gündür ki,
İŞİD terrorçularının əlindədir. Orada yaşayan 6 min nəfərin hamısı
məcburi köçkün olaraq digər qəsəbələrdə məskunlaşıblar. Onların
evləri dağıdıldı, malları talan edildi. Yəni heç bir şeyləri
qalmadı. Amirli bölgəsindəki vəziyyət buradan daha da pisdir. Orada
olan dostlarımızın bizə verdikləri məlumatlara görə, 70 gündür ki,
Amirli bölgəsi İŞİD terrorçularının mühasirəsi altındadır. İŞİD
oraya 14 dəfə hücum edib. Allaha çox şükür ki, qardaşlarımızın
müqaviməti nəticəsində ora girə bilmədilər. Amirli, Bəşir və Təzə
Xurmatuda məskunlaşan insanların hamısının bir çox şeyə ehtiyacı
var. Buradakı insanlara qida və digər bütün humanitar yardımlar
göndərilməlidir. Qardaşlarımız tək qalıb. İŞİD terrorçularının
qarşısında öz imkanlarımızla dayana bilmişik. Hal-hazırda Kərkükün
içərisində İraq ordusundan heç bir dəstək yoxdur. Yəni nə əsgər, nə
də ki, silah-sursat. Bu günə qədər bizə bir çox yerlərdən yardımlar
edilib. Məsələn Türkiyə hökuməti etməsə də, Türkiyə xalqı bizə
yardım edib.”
islamazeri.az
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO