Parlamentin həyətində ilk (VİDEO)
Bizi izləyin

Dünya

Parlamentin həyətində ilk (VİDEO)

Amiotrofik sklerozla - ALS xəstəliyi ilə mübarizə üçün dünyada başlayan buzlu su aksiyası genişlənir. Bu kampaniyaya qatılanlar arasında dünya şöhrətli simalar da var.

Aksiyaya ən son qoşulan isə türk qadın deputat olub. ANS PRESS-in məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aylin Nazlıaka parlamentin həyətində başından aşağı bir vedrə buzlu su töküb.

Türkiyə Böyük Millət Məclisinin həyətində gerçəkləşdirilən aksiyada Nazlıaka meydan oxumağı da unutmayıb. O, buzlu su aksiyasını İnsagram səhifəsində yerləşdirib.

"TBMM-dən Angela Merkelə meydan oxuyuram. Türkçə bilmir, amma kəşfiyyatı qüvvətlidir".

"Ice Bucket Challenge" adlanan bu kampaniya mərkəzi sinir sistemindən əziyyət çəkənlərə yardım göstərmək məqsədilə başlayıb. "Ice Bucket Challenge" klikləyin kampaniyasına Mark Zukerberg və Devid Bekhemdən tutmuş, sabiq ABŞ prezidenti Corc Buşa kimi tanınmış şəxslər qatılıblar.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm