İlovaysk uğrunda ağır döyüşlər gedir: 50 ölü
Bizi izləyin

Dünya

İlovaysk uğrunda ağır döyüşlər gedir: 50 ölü

Ukraynanın İlovaysk şəhəri uğrunda antiterror gücləri ilə separatçılar arasında döyüşlər davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Donbas” batalyonunun “facebook” səhifəsində bildirilib.

Döyüşlərdə 50-dən çox separatçı, həmçinin, separatçıların 4 blokpostu məhv edilib. Batalyonun 17-ci motoatıcıbölüyü və 93-cü briqadası separatçıların şəhərdəki cənub qruplaşması ilə döyüşür. Xəbərdə qeyd olunur ki, şəhərin cənub keçidi artıq ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm