Masazırda evdən kişi meyiti tapıldı
Bizi izləyin

Dünya

Masazırda evdən kişi meyiti tapıldı

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış evindən kişi meyiti tapılıb. Publika.az FHN-in saytına istinadən xəbər verir ki, 64 yaşlı Ramiz Kamran oğlu Mirzəyev yaşadığı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar.

Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Mirzəyevin vəfat etdiyi müəyyən olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm