ABŞ Türkiyəyə arxalandı: "Suriyaya hücuma keçə bilərik"
Bizi izləyin

Dünya

ABŞ Türkiyəyə arxalandı: "Suriyaya hücuma keçə bilərik"

ABŞ Suriyaya hücum edə bilər.

Axar.az xəbər verir ki, ABŞ-ın Baş qərargah rəhbəri Martin Demsi “İraq Şam İslam Dövləti” təşkilatının ölkəsinə birbaşa təhdid olacağı gün Suriyaya hücuma keçəcəklərini açıqlayıb.

Əfqanıstana səfər edən Demsi açıqlamasında İŞİD-in ABŞ torpaqlarına təhdid olacağı təqdirdə, ordunun Suriyada təşkilata qarşı birbaşa hərəkətə keçməsi barədə qərar verəcəyini bildirib.

Baş qərargah rəhbəri İŞİD-ə qarşı Suriyada əməliyyat keçiriləcəyi halda, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədəki müttəfiq ölkələrin ABŞ-a dəstək verəcəklərinə inandığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm