İran xarici işlər naziri İraqda
Bizi izləyin

Dünya

İran xarici işlər naziri İraqda

İraqda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif iraqlı şiələrin dini lideri Ayətullah əl-üzma Seyid Əli Sistani ilə bir araya gəlib.

ANS PRESS-in məlumatına görə, Nəcəf şəhərində reallaşan görüşdə "bölgə ölkələrinə olan təhdidlər" danışılıb. Son günlər İraqda baş verən hadisələri də müzakirə edən tərəflərin görüşünün detalları barədə ətraflı məlumat verilməyib.

Zərifin Nəcəfdən sonra müqəddəs Kərbəla şəhərini ziyarət etməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm