İsrail Qəzza məktəblərini bombaladı - Foto
Bizi izləyin

Dünya

İsrail Qəzza məktəblərini bombaladı - Foto

Qəzzaya gecədən səhərə qədər 60-dan artıq avia-zərbə endirilib.

Axar.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzada yerləşən iki dövlət məktəbi və 14 mərtəbəli bir binanı bombalayıb. Bina tamamilə dağıldığına görə, məktəblər tam yararsız hala düşüb.

Əlcəzair mediasının verdiyi məlumatda Qəzzanın cənub-şərqində əz-Zeytun məhəlləsindəki dövlətə aid "Əli bin Əbi Talib" və Şücaiyyə məhəlləsində yerləşən "Muin Bəsisu" məktəblərinin döyüş təyyarələri ilə vurulduğu söylənir.

48 mənzildən ibarət 14 mərtəbəli binanı yerlə-yeksan edən İsrailin binanı dağıdacağı haqda yarım saat öncə xəbərdarlıq edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 7 iyuldan bu günə qədər təşkil etdiyi hücumlar nəticəsində 578-i uşaq, 261-i qadın, 102-si yaşlı insan olmaqla 2.135 nəfərin həyatı itirib, 10.918 insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm