Rusiya ilə Ukrayna razılığa gəldi
Bizi izləyin

Dünya

Rusiya ilə Ukrayna razılığa gəldi

Rusiya və Ukrayna dövlətlərinin başçıları Vladimir Putin və Petro Poroşenko ölkələr arasında sərhədlərin bağlanması üzrə məsləhətləşmələrə başlanmasında razılığa gəliblər.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Slyatoslava Seqolko xəbər verib.

“Poroşenko: Ukrayna və Rusiya sərhədçilər və baş qərargahlar arasında sərhədlərin bağlanması üzrə məsləhətləşmələrə başlanamsı barədə razılığa gəlib”- deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiya, Belorusiya, Qazaxstan, Ukrayna başçıları və Avropa Birliyi nümayəndələri ilə birgə görüş keçirilib.

Belorus paytaxtında Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında ikitərəfli görüş də keçirilib. Görüş iki saata yaxın davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm