Ukrayna ordusu Novoazovsk şəhərini tərk etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu Novoazovsk şəhərini tərk etdi

Ukrayna antiterror gücləri Novoazovsk şəhərini tərk edərək Mariupoun müdafiəsinə hazırlaşırlar.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə TSN kanalının süjetində deyilir.

Xəbər verilir ki, Novoazovska 30 Rusiya tankı və 500 hərbçi daxil olub. “Mobil qruplar Novoazovskini tərk edərək daha yaxın Mariupola geri çəkilir”, - süjetdə bildirilir.

Kəşfiyyat məlumatına görə, rus hərbçiləri ağ rəngli “Kamaz”larla gəliblər. Həmin avtomobillərin humanitar yük avtomobillərinə oxşar olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm