Gül AKP-çi olmayacaq
Bizi izləyin

Dünya

Gül AKP-çi olmayacaq

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında heç xatırlanmayan Abdullah Gül yeni AKP-də olmayacağı iddia edilir.

Publika.az xəbər verir ki, Türkiyə mediası AKP-nin 1-ci fövqəladə qurultayında həm yeni prezident Rəcəb Tayyib Ərdoğan, həm də AKP-yə sədr seçilən Əhməd Davudoğlunun keçmiş prezident və AKP-nin qurucularından olan Abdullah Gülün adını çəkməməsinin diqqəti cəlb etdiyini yazıb.

“Gül və Ərdoğan üz-üzə gəlməz. Cənab Gül AKP-yə qarşı olan hər hansı bir hərəkatda yer almaz. Ancaq bir tərəfdən də bundan sonra Abdullah Gülün AKP-də olmayacağı görünür”, - “Milliyət” qəzetinin analizində deyilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm