Rusiya Rumıniya Baş nazirinə hava məkanı vermədi
Bizi izləyin

Dünya

Rusiya Rumıniya Baş nazirinə hava məkanı vermədi

Rusiya Federasiyasının müvafiq qurumları şənbə günü Çinə səfərə hazırlaşan Rumıniya Baş naziri Viktor Pontaya hava məkanı verməkdən imtina edib.

Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rumıniyanın "B1" telekanalı gün ərzində efirə gedən xəbər buraxılışlarında süjet yayımlayıb.

Məlumatda deyilir ki, vəziyyətdən çıxış yolu kimi, hökumət başçısı alternativ hava koridoruna müraciət etmək məcburiyyətində qalıb. Məsələn, Türkiyənin hava məkanı.

Rusiya tərəfi bu cür addımı Baş nazirin müavini Dmitri Roqozinə qarşı həyata keçirilən demarşla izah edib.

Xatırladaq ki, bayram şənliklərinə qatılmaq üçün mayın 10-da qondarma Dnestryanı bölgəyə səfərə gedən Roqozinin təyyarəsinə Rumıniya ərazisindən uçuşuna icazə verilməmişdi. Bütün bunlara baxmayaraq, rusiyalı pilotlar Roqozin də daxil olmaqla Avropa Birliyinin sanksiyalar siyahısında olan şəxsləri lazımi məntəqəyə çatdırmışdılar. Həmin vaxt Baş nazir Ponte ölkə prezidenti Troyan Baseskunu ciddi tənqid edərək, rusiyalı siyasətçilərin saxlanılması üçün qırıcıların havaya qaldırılmasını vacib saymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm