Separatçılar Putinin əmrini şərtlə yerinə yetirəcək
Bizi izləyin

Dünya

Separatçılar Putinin əmrini şərtlə yerinə yetirəcək

Donbasda Ukrayna ordusuna qarşı vuruşan separatçılar Rusiya prezidenti Vladimir Putinin əmrini yerinə yetirməyə söz verib. Ancaq onların bunun üçün şərti var.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “RİA-Novosti” xəbər agentliyi bildirib.

“Biz Ukrayna hərbçilərinin mühasirədən çıxarılması üçün humanitar dəhlizin yaradılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü dəstəkləyirik. Biz bir şərtlə Ukrayna hərbi qulluqçularının təhlükəsizliyini təmin etməyə hazırıq. Onlar yaradılacaq dəhlizlə silahsız çıxmalıdır”, - separatçıların xəbərində deyilir.

Xatırladaq ki, Rusiya prezidenti dünən Donbas separatçılarına müraciət edərək humanitar dəhliz açmağa və ukraynalı hərbiçiləri mühasirədən çıxarmağa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm