Qriqori Trofimçuk: “Bu baş versəydi, Qafqaz çoxdan partladılmış olardı” – Müsahibə
Bizi izləyin

Dünya

Qriqori Trofimçuk: “Bu baş versəydi, Qafqaz çoxdan partladılmış olardı” – Müsahibə

Ukraynadan gələn həyacanlı xəbərlər bir-birini izləməkdədir. Xəbərlərə görə, iki gün Novoazovsk şəhərini ələ keçirən Rusiya qoşunu Mariupol şəhərinə doğru istiqamət alıb. NATO isə Rusiya hərbi qruplaşmalarının Ukrayna ərazisinə soxulduğunu göstərən peyk görüntüləri yayımlayıb. Ukrayna ordusu isə hələ ki geri çəkilir.

Publika.az-a müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk Ukraynanın şərqində baş verən son hadisələri şərh edib.

-Ukraynanın şərqindəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Hərbi münaqişənin Donetskdən cənuba doğru yayılması nə ilə bağlıdır?

-Belə bir hiss formalaşır ki, Ukrayna rəhbərliyi, xüsusi olaraq prezident Pyotr Poroşenko və Ukrayna müdafiə naziri Valeriy Qeletey ölkənin şərq əraziləri qəsdən təhvil verir. Bunu isə onun üçün edilir ki, Rusiyanı Ukraynaya müdaxilə etdiyi ilə bağlı ittiham etməyə əsaslar yaradılsın. Donbasda yerli üsyançıların son qələbələri çox tez baş verdi. Hətta onların özləri də gözlənilməz qələbələrinə inanmırlar. Bu, yeri gəlmişkən Ukrayna qoşunlarının normal təchizatının olmaması ilə izah olunur. Ukrayna qoşunları lazımı şəkildə təchiz olunmur, ona görə yox ki, pul çatışmır. Hər şeydən ona görə ki, orduya xüsusi olaraq pul ayırmırlar. Rəsmi Kiyev özünü çox pis hiss edir və bunun səbəbini Ukrayna vətəndaşlarının özləri da anlaya bilmirlər.

-Düşünmək üçün əsaslar varmı ki, son döyüşlər Poroşenko ilə Putinin Minskdə keçirdiyi gərgin görüşün nəticəsidir?

-Kiyevin Şərq ərazilərin bir hissəsini təslim etməsi Minskdəki nəticəsiz sammitdən dərhal sonra başlandı. Beləliklə, bu onun nəticəsidir ki, qərar Poroşenkonun ətrafında olan Qərb analitiklərin əli ilə qəbul edilmişdir. Moskvaya qarşı daha çox inkişaf etdirilmiş taktika tətbiq olunur. Moskvanın özü də bir neçə dəfə bildirib ki, müharibə ilə heç bir əlaqəsi yoxdur və münaqişə tərəfi deyil.

-Hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırırsınız? Ukrayna hakimiyyəti bildirib ki, nəyin bahasına olursa-olsun sentyabr ayında Avropa Birliyi ilə assosiativ razılaşmanı təsdiqləyəcəklər…

-İstənilən halda Ukrayna Avropa Birliyi və NATO-nun təsir meydançası olacaq. Şərqdəki müharibə isə bu prosesləri yalnız sürətləndirir. Amma Qərbə heç bir halda “Ukrayna bazarları” lazım deyil. Qərbə Ukrayna radikallarının əli ilə Rusiyaya zərbə hazırlığı üçün poliqon lazımlıdır. Qərbin verdiyi kreditləri xususilə radikallara verəcəklər. Radikallar isə Rusiyaya qarşı genişmiqyaslı partizan müharibəsinə hazırlaşırlar. Ukrayna artıq bütün lazımlı razılaşmaları təsdiqləyib, onların yeni Radada təsdiqi də heç nəyi dəyişdirmir.

-Son günlər Rusiya zirehli texnikası və canlı qüvvənin Ukraynaya daxil olması barədə informasiyalar çoxalıb. Bu barədə sizdə hansı informasiyalar var?

-Rusiya həqiqətən də heç bir yerə qoşunlarını daxil etməyib. Amma ən maraqlısı odur ki, artıq heç kəs ona inanmır. Xüsusilə, Krım hadisələrindən sonra. Və bu dünyanın aparıcı KİV-lərin işinin nəticəsidir. Rusiya prinsip etibarilə qoşunlarını heç bir yerə daxil etmir, çünki bugünkü Rusiya Federasiyası artıq Sovet İttifaqı deyil. Əgər Rusiya həqiqətən də Donbasa nizami ordusunu daxil etsəydi, bu ərazi Kiyev və onun Qərb müttəfiqləri tərəfindən çoxdan məhv edilərdi. Bununla paralel Rusiya Ukraynanın ərazisinə qoşunlarını daxil etməsi ilə Qafqaz və Mərkəzi Asiyada ayrı-ayrı zonalar partladılmış olardı. Qarabağ haqqında heç danışmıram. Amma bu yoxdur. Deməli, Qərbin hərəkətlərinin başlanması üçün real arqument yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm