• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hava şirkəti 6 min əməkdaşını ixtisar edəcək

  • Dünya
  • 29 Avqust 2014 17:19
  • 523 Baxış
Hava şirkəti 6 min əməkdaşını ixtisar edəcək

“Malaysia Airlines” şirkəti 6 min əməkdaşını ixtisar edəcək.

Səbəb isə bir il ərzində şirkətin iki təyyarəsində baş vermiş bədbəxt hadisədir.

Şirkətin ümumilikdə 20 min işçisindən 30 faizi ixtisar ediləcək. Bundan sonra hava şirkəti tamamilə dövlətin nəzarətinə keçəcək və ora yeni rəhbər təyin ediləcək.

Qeyd edək ki, hava şirkətinin MH370 reysi martda radarların ekranından itib. Təyyarənin qalıqları indiyədək tapılmayıb. İyulda isə MH17 reysi Ukraynada Donetsk səmasında vurulub. Nəticədə 298 insan tələf olub. Baş vermiş iki faciəvi qəzadan sonra “Malaysia Airlines” şirkətinin istifadəçilərin sayında da kəskin azalma müşahidə edilib.

Malayziyadan Avstraliyaya uçan təyyarənin fotosu “Twitter” sosial şəbəkəsində paylaşılıb. Fotodan da 200 nəfərlik salonda “barmaqla sayılacaq” qədər insanların əyləşdiyi göz qabağındadır. Başqa bir şəkildə isə bir ailənin bomboş təyyarədə səyahət etdiyi görünür. Bu isə şirkətin ağır maliyyə günlərini yaşadığını bir daha sübut edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR