“Putinin acığına alma ye!”
Bizi izləyin

Dünya

“Putinin acığına alma ye!”

Avropa Birliyini xarici işlər nazirləri hər il keçirilən qeyri-rəsmi toplantıda iştirak etmək üçün Milana gedib.

Publika.az-ın məlumatına görə, sammit iştirakçıları bildirirlər ki, Ukraynadakı vəziyyət toplantının əsas müzakirə mövzularından biri olacaq. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ukraynalı həmkarı Pavel Klimkinlə danışdığını və Avropa Birliyinin Rusiyaya qarşı təzyiqlərə artırmağa hazır olduğunu deyib.

Hollandiyada isə münaqişənin sülh yollu ilə həlli dəstəklənir. Adı çəkilən ölkənin xarici işlər naziri, Frans Timmermans sanskiyaların çıxış yolu olmadığını, diplomatik çözümlərə ehtiyac olduğunu deyib.

“Buyurun Polşa alması götürün. Putin deyir ki , guya zəhərlidirlər, ancaq sizi əmin edirəm, çox yaxşı almalardır” - deyə, Polşalı ali diplomat isə sammitdən polşa almalarını reklam etmək üçün istifadə edib.

Xatırladaq ki, Rusiya avqustun 1-də Polşadan bütün meyvə və tərəvəz növlərinin, o cümlədən almanın idxalına qadağa qoyub. Bunun əvəzində polşalı sosial şəbəkə fəalları “Putinin acığına alma ye” adlı fleşmob təşkil edib.


Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm