Poroşenkonun məsləhətçisi: “Putinin hədəfi yalnız Şərqi Ukrayna deyil”
Bizi izləyin

Dünya

Poroşenkonun məsləhətçisi: “Putinin hədəfi yalnız Şərqi Ukrayna deyil”

“Kiyevdə qiyam və Ukraynanın dağılması Putinin əsas hədəfidir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Pyotr Poroşenko Bloku” Partiyasının sədri və prezident məsləhətçisi Yuri Lusenko deyib.

“Kiyevdə qiyam və Ukraynanın dağılması Rusiya prezidenti Vladimir Putinin əsas hədəfidir. Mən əminəm ki, Putinin planı Mariupol deyil, Donetsk deyil, hətta bütün Şərqi Ukrayna deyil. Putinin hədəfi Kiyevdə qiyamdır. Siz ətrafınıza baxanda bunu görmürsünüz? Siz görmürsünüzmü, insanlar arasında rəhbərliyə nifrət qızdırırlar?”, - o, deyib.

Y.Lısenko yalnız birlikdə qalib gələ biləcəklərini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm