Gülə qarşı çirkin addım: Bir il ərzində gizlədiblər
Bizi izləyin

Dünya

Gülə qarşı çirkin addım: Bir il ərzində gizlədiblər

İki gün əvvəl postunu Rəcəb Tayyib Ərdoğana təhvil verən Abdullah Gülə qarşı atılan çirkin bir addımla bağlı şok iddia irəli sürülüb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin baş məsləhətçisi Hüseyn Çelik bir gerçəyi açıqlayıb.

Onun sözlərinə görə, keçmiş prezident Əhməd Necdət Sezər dövründə alınan təyyarə Abdullah Güldən 1 il ərzində gizlədilib.

“Hörmətli Ali Babacan söylədi. İlk dəfə dünən eşitdim. Əhməd Necdət Sezərin prezidentliyi dövründə prezidentin istifadəsi üçün bir təyyarə sifariş verilmişdi. Abdullah Gül prezident olandan sonra da təyyarə bir il ərzində gizlədilib. Anbarda saxlanılan təyyarədən zaman-zaman özləri istifadə ediblər. Babacan təyyarə ilə bağlı hekayə danışdı. Və bütün bunlar Abdullah Gülün təyyarədən xəbərdar olmaması üçün idi. Bir pilot bu vəziyyəti izah edərək “belə belə bir təyyarəniz var, sizin xəbəriniz yoxdur” söyləyib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm