Dünya
İsrail bəşəriyyətə qarşı cinayət törədib?
BMT ekspertləri İsrail-Fələstin münaqişəsində İsrail
tərəfindən bəşəriyyətə qarşı cinayət faktlarından birini araşdırmaq
niyyətindədir.
Publika.az-ın məlumatına görə, söhbət avqustun 1-də İsraillə
"HƏMAS" hərəkatı arasında qısamüddətli atəşkəs elan edildikdən iki
saat sonra "HƏMAS" döyüşçülərinin bir İsrail əsgərini girov
götürməsindən və buna cavab olaraq, İsrail qüvvələrinin Rəfah
şəhərinə 500-ə yaxın mərmi atmasından gedir.
Ordu, həmçinin avqustun 1-i və 2-də Rəfah üzərinə 100-ə yaxın
aviazərbə də endirmişdi. Məqsəd İsrail əsgərini azad etmək idi,
lakin Rəfah əməliyyatı başa çatdıqda artıq 55-i uşaq olmaqla, 190
günahsız fələstinli ölmüşdü. Qəzza insan haqları qruplarının
məlumatına görə, onların arasında bir ailənin 14 üzvü də olub.
Rəfah sakinlərinin şəhərdən çıxışının qarşısını alması da İsrail
ordusu üçün ağırlaşdırıcı fakt sayılır.
Hazırda Rəfah əməliyyatı ilə bağlı İsrailin bəşəriyyətə qarşı
cinayət törətməsi faktı araşdırılır. İsrail Müdafiə Qüvvələrinin
mətbuat katibi də həmin olayın araşdırıldığını təsdiqləyib.
Associated Press
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO