Rusiyada Qərb liderlərinə qadağa (FOTO)
Bizi izləyin

Dünya

Rusiyada Qərb liderlərinə qadağa (FOTO)

Rusiyanın Vladivostok hava limanında pulsuz istifadə üçün nəzərdə tutulan “Duty Free” mağazalarında Obama, Merkel və Poroşenko kimi liderlərin alış-veriş etməsinə qadağa qoyulub.

ANS PRESS-in məlumatına görə, hava limanında qadağanı əks etdirən elan lövhəsi yerləşdirilib. Bu barədə Mixail İdov adlı jurnalist “Instagram”da çəkdiyi fotonu yayımlayıb.

Lövhədə diqqət çəkən məqam isə siyahıda yer alanların Rusiyaya sanksiya tətbiq edən liderlərin olmasıdır. Siyahıda ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Kanada baş naziri Stefen Harper, İngiltərə baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland, Avstraliya baş naziri Toni Abbott, Yaponiyanın baş naziri Şinzo Abenin olduğu görülür. Bundan başqa, Ukrayna prezidenti Pyotr Poroşenko və ölkənin digər rəsmi şəxslərinin də sözügedən mağazalarda bazarlıq etməsinə qadağa qoyulduğu bildirilir.

Qeyd edək ki, “Duty Free” – dünyanın bir çox beynəlxalq hava limanlarında gömrük rüsumu ödəmədən fəaliyyət göstərən mağazalardır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm