ABŞ-dan İŞİD-in ikinci edam videosuna münasibət
Bizi izləyin

Dünya

ABŞ-dan İŞİD-in ikinci edam videosuna münasibət

Ağ Ev ötən gün “İslam Dövləti” (İŞİD) terror qruplaşması başqa bir ABŞ-lı jurnalistin başının kəsilməsini əks etdirən görüntülərə münasibət bildirib.

Publika.az-ın BBC-yə istinadən məlumatına görə, İŞİD qruplaşması Ceyms Folidən sonra daha bir ABŞ-lı jurnalist Stiven Sotlofun da başını kəsməsini əks etdirən görüntülər yayıb.

Vaşinqton bu barədə ilk münasibətini çatdırıb. Yayılan yeni görüntülərlə bağlı Ağ evdən verilən rəsmi açıqlamada videonun həqiqi olub-olmamasının ilk baxışdan şübhə yaratdığı deyilir.

Xatırladaq ki, 31 yaşlı floridalı jurnalist ötən ilin avqust ayında Suriyanın şimalında gedən daxili qarşıdurmalar zamanı İŞİD silahlıları tərəfindən əsir götürülüb. İŞİD terror qruplaşması bundan əvvəl yaydığı videoda Sotlofun taleyinin Obamanın əlində olduğunu vurğulamış və ABŞ prezidentinin terrorçu qruplaşmaya qarşı hücumlarını dayandırmayacağı halda, jurnalistin öldürəcəyi bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm