Davudoğlunun cangüdənləri hamını təəccübləndirdi – FOTO
Bizi izləyin

Dünya

Davudoğlunun cangüdənləri hamını təəccübləndirdi – FOTO

Baş nazir avtomobildən düşərkən təhlükəsizlik tədbirləri diqqəti cəlb edib. Davudoğlunu avtomobildən nazirliyin girişinə qədər düz 23 cangüdən müşayiət edib.

Publika.az xəbər verir ki, prezident R.T.Ərdoğanla görüşdən sonra nazirliyin binasına gələn baş nazir Əhməd Davudoğlu avtomobildən düşəndən sonra onu nə az, nə çox, düz 23 cangüdən müşayiət edib.

Nazirliyin qarşısında dayanan 0002 nömrəli avtomobilin bir personal tərəfindən dəqiqələrlə təmizlənməsi diqqət cəlb edib.

Baş nazir Davudoğlu həmin avtomobilə əyləşərək nazirlikdən çıxıb.

Əhməd Davudoğlunun çoxsaylı mühafizəçilərin müşayiətilə avtomobildən düşüb nazirliyə girən yerdə çəkilən fotosu sosial şəbəkələrdə əməlli-başlı müzakirə mövzusu olub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm