Tiflis NATO-ya üzvlük üçün xahiş edəcək
Bizi izləyin

Dünya

Tiflis NATO-ya üzvlük üçün xahiş edəcək

Gürcüstan Şimali Atlantika İttifaqının (NATO) Uelsdə keçiriləcək sammitdə quruma üzvlük üçün xahiş edəcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili Londonda “Azadlıq” radiosuna açıqlamasında deyib.

O, həmçinin bildirib ki, NATO tərəfindən Gürcüstanın üzvlüyü ilə bağlı qərarın qəbulunun o qədər də asan olmadığını başa düşür.

Xatırladaq ki, NATO rəhbərliyi Uelsdə sammitin qurumun genişləndirilməyəcəyini bəyan edib. İttifaqın nümayəndələrinin sözlərinə görə, NATO Gürcüstana əməkdaşlıq təklif edəcək və bu onun təşkilatla yaxınlaşmasına kömək edəcək.

Gürcüstan NATO-ya üzvlüklə bağlı siyasi kursu elan edib. 2008-ci ilin yanvarında, Rusiya-Gürcüstan müharibəsindən təxminən 7 ay əvvəl keçirilən referendumda əhalinin 77 faizi NATO-ya üzvlüyü dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm