Britaniya Rusiya sərhədlərində “mini NATO” yaradır
Bizi izləyin

Dünya

Britaniya Rusiya sərhədlərində “mini NATO” yaradır

Şimali Atlantika İttifaqının (NATO) yeddi ölkəsi kollektiv operativ reaksiya qüvvələri yaradacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə qərar NATO-nun Uelsdə keçirilən sammitində imzalanıb.

Bu ölkələr Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Niderlanddır.

“Kollektiv operativ reaksiya qüvvələri Estoniyaya Böyük Britaniya və digər müttəfiq ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyə imkan verir”, - Estoniyanın müdafiə naziri Sven Mikseri bildirib.

Yeni silahlı qruplaşmalar Böyük Britaniyanın rəhbərliyi altında yaxın bir neçə il ərzində yaradılacaq. Operativ reaksiya qüvvələri yeddi ölkənin quru, dəniz və hərbi-hava güclərinin bölmələrindən ibarət olacaq.

Estoniya Müdafiə Nazirliyinin başçısı qeyd edib ki, operativ reaksiya qüvvələrinin yaradılması NATO-nun hərbi təhlükələrə, həmçinin təbii fəlakətlər və humanitar böhranlara reaksiya vermək imkanlarını artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm