Dünya
Davudoğlunun maşın karvanında qəza
Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün bu
vəzifədə Konyaya ilk səfərini reallaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Konya millət vəkili Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulan 62-ci hökumətin Böyük Millət Məclisinin (TBMM) təsdiqlənməsindən sonra, baş nazir partiya mərkəzindəki proqramda iştirak edib və oradan da təyyarə ilə doğulduğu Konyaya gedib.
Davudoğlunu baş nazir köməkçisi Bülənt Arınc ilə keçmiş baş nazir köməkçisi Bəşir Atalay müşayiət edib. Hava limanında partiya nümayəndələri tərəfindən qarşılanan baş nazir həyat yoldaşı və heyəti ilə baş nazirliyin avtobusuna minərək şəhər mərkəzindəki tədbir meydanına üz tutublar.
Yolda Davudoğlunu müşayiət edən avtomobil karvanında qəza baş verib. Qəzada avtomobil karvanının rahat irəliləməsinə səy göstərən yol polisinin maşınına arxadan gələn minimuslardan biri vurub.
Qəzada hər iki avtomobilə zərər dəysə də, xəsarət alan olmayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu