Ərdoğan Heyqeli qəbul edəcək
Bizi izləyin

Dünya

Ərdoğan Heyqeli qəbul edəcək

ABŞ müdafiə naziri Çak Heyqel bu Türkiyəyə rəsmi səfərə gedəcək.

ANS PRESS-in xəbərinə görə, Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Heyqeli qəbul edəcək.

Prezidentin rəsmi iqamətgahı “Çankaya” köşkündə baş tutacaq görüşdə tərəflərin başda İŞİD olmaqla regionda baş verən bir çox qaynar hadisəni müzakirə etməsi gözlənilir.

Qeyd edək ki, ötən gün, çərşənbə günü İŞİD-lə mübarizə strategiyasını açıqlayacağını bəyan edən edən ABŞ prezidenti Barak Obama Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri, İordaniya və s. ölkələrin bu istiqamətdə konkret addımlar atmasına ehtiyac olduğunu demişdi.

Ərdoğanla Heyqelin müzakirə edəcəyi mövzuların ABŞ-ın İŞİD-lə mübarizə strategiyasına dəstək olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm