Yasenyuk: “Sülh üçün üç şərt yerinə yetirilməlidir”
Bizi izləyin

Dünya

Yasenyuk: “Sülh üçün üç şərt yerinə yetirilməlidir”

“Minskdə atəşkəsin əldə olunmasından sonra da Rusiya Ukrayna ilə bağlı planlarını dəyişməyib”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri TSN kanalına eksklüziv müsahibəsində Ukrayna baş naziri Arseniy Yasenyuk deyib.

“Rusiya Ukrayna ilə bağlı planları dəyişdirməyib. Əminəm ki, bu plan hərbi, siyasi və ya ümumiyyətlə, Ukraynanın bir dövlət kimi məhv edilməsindən ibarətdir”, - A.Yasenyuk bildirib.

Baş nazir Yasenyuk Putinin bəyanatlarına qəti şəkildə inanmadığını dilə gətirib: “Onun Ukrayna barəsində təcavüzkar planları dəyişməyib. Rusiya prezidentinin planı Ukraynanın istənilən formada Rusiyanın təsir dairəsinə qaytarılmasıdır”.

O qeyd edib ki, Ukraynanın şərqində real barışığın əldə olunması üçün 3 şərt yerinə yetirilməlidir: “Hazırda atəşkəs kimə lazımdır? Onlara lazımdır ki, sağ qalmaq, yenidən qruplaşmaq və daha güclü olmaq istəyirlər. Ümumiyyətlə, üç şərtin yerinə yetiriləcəyi halda real barışıq mümkündür. Birincisi, atəşkəsə əməl olunur. İkincisi, Putin öz muzdlularını, ordusunu və hərbi texnikasını Ukraynadan çıxarır. Üçüncüsü isə, Ukrayna dövlət sərhədi üzərində nəzarəti tamamilə bərpa edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm