“İŞİD“ bu dəfə 5 azərbaycanlının başını kəsdi
Bizi izləyin

Dünya

“İŞİD“ bu dəfə 5 azərbaycanlının başını kəsdi

"İŞİD" terrorçuları beş nəfər İran azərbaycanlısının başını kəsib

Publika.az "Səhər tv"yə istinadən məlumat verir ki, "İŞİD" terrorçuları beş nəfər parsabadlı sürücünün başını kəsib. Parsabaddan əldə edilən məlumatda bildirilir ki, son günlərdə İraqın şimalına yük aparan maşın sürücüləri və onların köməkçiləri olan beş nəfərin ( 2 nəfər parsabadlı, 2 nəfər əslanduzlu və 1 nəfər biləsuvarlı) cənazəsi İraqın şimalından gətirilib.

Həmin şəsxlərlə birlikdə olanlardan yalnız bir nəfər qurtula bilib.

Onun dediyinə görə, İraqın şimalında "İŞİD" terrorçularına tuş gələn yük maşınının sürücüləri özlərini sünni kimi təqdim etsələr də, terrorçular onlara inanmayıb, başlarını kəsiblər.

Ölənlərin İraqın şimalına yük aparmaq üçün qanuni icazələri olmadığına görə, onların ailələri bu barədə danışmaqdan çəkinirlər.

azadxeber.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm