Rusiya hərbi təlimatçılar saxlayaraq geri çəkilir
Bizi izləyin

Dünya

Rusiya hərbi təlimatçılar saxlayaraq geri çəkilir

Separatçılar və Rusiya qoşunları Ukraynanın Donbas hövzəsində öz güclərinin yenidən qruplaşdırır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, Rusiya qoşunlarının əsas hissəsi Ukraynanı tərk etsələr də, rus təlimatçıları ölkədə qalır.

“Rusiya qoşunlarının əsas hissəsinin tədricən geri çəkilməsi müşahidə edilir. Ancaq Ukrayna ərazisində Rusiya ordusunun təlimatçılar qalır. Onlar yerli döyüşçü qruplarının hərbi hazırlığı ilə məşğul olurlar”, - hərbi ekspert bildirib.

D.Tımçukun məlumatına görə, Donetsk vilayətinin Telmanovsk yaşayış məntəqəsində rus hərbi təlimatçıları 1000-ə qədər separatçıya gündəlik hərbi təlim keçir. O, ərazidə zirehli texnikanın da cəmlənməsinin qeydə alındlığını qeyd edib: “Donetsk vilayətinin Novoazovsk rayonunda Rusiya qoşunlarının fəallığını qeydə alınıb. Rusiya Federasiyasından bu rayona dünən ən azı 10 tank gətirilib”, - Tımçuk yazıb.

Xatırladaq ki, iki gün əvvəl Ukrayna Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident Pyotr Poroşenko Rusiya qoşunlarının 70 faizinin Ukrayna ərazisindən çıxarıldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm