Poroşenkodan yeni tvit (FOTO)
Bizi izləyin

Dünya

Poroşenkodan yeni tvit (FOTO)

Ukrayna prezidenti Petro Poroşenko öz “tvitter” səhifəsində 36 hərbçinin azad edilməsi barədə yazıb.

ANS PRESS-in məlumatına görə, Poroşenko yazıb ki, “Danışıqlar nəticəsində yaraqlıların əsirliyindən dünən 21, indi isə 36 Ukrayna hərbiçisi azad edilib”.

Xatırladaq ki, Petro Poroşenko dünənki tvitində 21 yox 26 hərbiçinin azadlığa buraxılmasından yazmışdı.

Hərbiçilərin azadlığa buraxılmasının şərtləri və şəraiti barədə prezident heç nə qeyd etməsə də bundan bir az sonra yazdığı digər tvitində elan edilən atəşkəs rejiminin faydalarından danışıb.

“Atəşkəs bizə uşaqlarımızı azad etməyə, ordunu gücləndirməyə, şəhər və kəndləri qorumaq üçün güclü müdafiə xətti yaratmağa imkan verir”- deyə prezident yazıb.

Daha öncə Ukrayna silahlı qüvvələrinin rəhbərliyi bəyan etmişdi ki, Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq 648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500 hərbi qulluqçunun azad olunması üzrə iş gedir.

Bazar ertəsi isə Ukrayna prezidenti 1 200 əsgərin azad olunduğunu bəyan edib, amma əslində Ukraynanın hərbi idarəsində aydınlaşdırıldığı kimi bu saydan yarısı-648 nəfər buraxılıb.

Separatçılar Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün olduğunu bəyan edirlər.

Bir həftə əvvəl razılaşdırılmış barışığın şərtlərinə əsasən, bütün girovlar azad olunmalıdırlar.

Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq ümumilikdə və bütövlüklə riayət edir.

Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib və separatçıları razılaşmaları pozmaqda ittiham edib.

Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı hərbçi həyatını itirib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm