İsrail XİN sözçüsü: "Türkiyəyə aşiqəm"
Bizi izləyin

Dünya

İsrail XİN sözçüsü: "Türkiyəyə aşiqəm"

"Türkiyənin qəlbimdə xüsusi bir yeri var. Türkiyə mənim aşiq olduğum bir ölkədir".

Axar.az xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyi sözçüsü Emanuel Naşdon deyib.

İsrail Xarici İşlər Nazirliyində yeni vəzifəyə gətirdiyi Naşdon Ankarada uzun illər səfir məsləhətçisi olaraq xidmət göstərib.

Türkiyə türkcəsində sərbəst danışmağı bacaran Naşdon Türkiyədəki fəaliyyətindən danışıb:

"Ankarada 2002-2006-cı illərdə diplomat olaraq xidmət göstərdim. Bu mənim üçün qeyri-adi bir təcrübə idi. Çox gözəl insanlarla tanış oldum və Türkiyəyə, mədəniyyətinə, insanına qarşı çox isti duyğular bəsləyirəm. Türkiyənin qəlbimdə xüsusi bir yeri var və aşiq olduğum bir ölkədir. Mən ölkələrimiz arasında dialoq və dostluq yaranacağına inanıram".

- Emanuel Naşdon kimdir?

İsrail Xarici İşlər Nazirliyi sözçüsü olaraq çalışacaq Emanuel Naşdon Fransada doğulub. Uşaqlıq illərində ailəsi İsrailə köç edib. Qüds İbrani Universitetində hüquq təhsili alıb. 1992-ci ildə peşə məmuru olaraq vəzifəyə başladığı İsrail Xarici İşlər Nazirliyində növbə ilə Venesuela, Brüssel, Ankara və Berlində çalışıb. Naşdon, fransız, ingilis, ispan, alman və türkcə bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm