Ded Xasanın intiqamı: Gürcü avtoritetə hücum edildi - Foto
Bizi izləyin

Dünya

Ded Xasanın intiqamı: Gürcü avtoritetə hücum edildi - Foto

Ukraynanın Odessa şəhərində milliyyətcə gürcü olan qanuni oğru Kaxa ləqəbli Kaxaber Parpaliyanın avtomobil karvanına hücum edilib.

Axar.az İnforesist.org saytına istinadən xəbər verir ki, hücum nəticəsində qanuni oğrunun mühafizəçiləri arasında itkilər olub. Hüquq mühafizə orqanları hücumu təşkil edən şəxsin Lekso ləqəbli avtoritet olduğunu müəyyən edib.

Qeyd edək ki, Kavaber Parpaliya keçən il İtaliya hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmişdi. Kaxa ilə bərabər siyahıda azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin də adı yer almışdı.

Kaxa həm də bir müddət öncə qətlə yetirilmiş Ded Xasan ləqəbli Aslan Usoyana qarşı yaradılmış müxalif qrupun əsas üzvlərindən biri olub və İtaliya polisi onu Ded Xasanın qətlinin əsas təşkilatçılarından biri kimi axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm