"Ukraynanı güclü ordu xilas edir"
Bizi izləyin

Dünya

"Ukraynanı güclü ordu xilas edir"

“Donbass” könüllü batalyonunun komandiri Semyon Semençenko hesab edir ki, hazırda Ukraynanı güclü ordu xilas edir. Publika.az-ın məlumatına görə, o bu barədə yerli "24" telekanalına müsahibəsində bildirib.

"Hərbi sferada güclü olmaq lazımdır. Biz ikinci İsrail olmalıyıq, onların təcrübəsi bizə faydalıdır. Bu ölkə daim vuruşmaq təcrübəsinə malikdir. "DXR " və "LXR"-in yaratdığı daimi qeyri-sabitlik şəraitində belə təcrübə gərəkli olacaq" – deyə, o, vurğulayıb.

Batalyon komandiri hesab edir ki, bu kimi məsələlərdə Ukrayna dünya təcrübəsindən istifadə etməlidir. Semençenko vurğulayıb ki, Rusiyanın yaranmış münaqişəyə mümkün müdaxiləsindən çəkinmək lazım deyil: “Rus ordusunun itkisi böyük olacağı təqdirdə, Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə daxil ola bilməyəcəklər”.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm