Rumıniya Moldova ilə birləşməyə doğru gedir
Bizi izləyin

Dünya

Rumıniya Moldova ilə birləşməyə doğru gedir

Rumıniya prezidenti Trayan Besesku Moldova vətəndaşlığını almaq niyyətindədir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rumıniya dövlət başçısının özü bildirib.

O, prezidentlik müddətinin başa çatmasına qədər Moldova hakimiyyəti ilə bu məsələni müzakirə etməyi planlaşdırır. T.Beseskunun səlahiyyət müddəti isə 2 noyabrda başa çatır.

T.Besesku 1939-cu il sərhədlərində “Böyük Rumıniya”nın bərpa edilməsi tərəfdarı kimi çıxış edir. Rumıniya dövlət başçısı açıq şəkildə bildirir ki, Moldovanın avrointeqrasiyası onun Rumıniyaya birləşməsinə xidmət edir. Onun sözlərinə görə, Moldova ilə birləşmə Avropa Birliyi və NATO-ya üzvlükdən sonra Rumıniyanın xarici siyasətində üçüncü əhəmiyyətli məsələ olmalıdır.

Qeyd edək ki, Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir.

Xatırladaq ki, Qaqauz muxtariyyətinin bu ilin fevral ayında keçirdiyi referenduma çıxarılan suallardan biri Moldovanın dövlət müstəqilliyinin itiriləcəyi halda muxtariyyətin öz müqəddəratını təyin etməsi ilə bağlı idi. Digər iki sual isə Moldovanın xarici siyasət vektorları ilə bağlı idi. Əhalinin böyük əksəriyyəti Gömrük Şurasına inteqrasiyanın tərəfdarı olduğunu bildirmişdilər. Məlumata görə, muxtariyyətin 94 faiz əhalisi Moldovanın statusunun dəyişdiriləcəyi halda öz müqəddəratını təyin etmək hüququna səs verib.

Moldovanın statusunun dəyişdirimləsi məsələsinə gəlincə, söhbət ölkənin Rumıniyaya birləşməsindən gedir. İddialara görə, Moldova və Rumınıya arasında 2018-ci ildə birləşmə ilə bağlı razılıq əldə olunub. Birləşmə ilə bağlı Rumıniyanın rəsmi şəxsləri də tez-tez danışırlar. İddiaları nə rumın prezident Trayan Besesku, nə də Kişnyov rəhbərliyi təkzib etmir. Qaqauz muxtariyyəti isə belə olan halda müstəqilliyi elan etmə hüququnu əllərində saxladığını bildirir. Bu məqamın Moldova qanunvericiliyində də əks olunduğu bildirilir. Amma Qaqauz Yeri parlamentinin sədri Dmitri Konstantinovun sözlərinə görə, Moldova Konstitusiya Məhkəməsi istənilən vaxt bu qanunverici normanı ləğv edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm