Rusiyanın pilotsuz təyyarələri Ukrayna səmasına girib
Bizi izləyin

Dünya

Rusiyanın pilotsuz təyyarələri Ukrayna səmasına girib

Rusiya pilotsuz təyyarələri Moldovanın Dnestryanı ərazisindən Ukrayna sərhədini pozub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının analitik-informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna hava məkanında hava kəşfiyyatı aparmaqda davam edir.

“Rusiyanın pilotsuz təyyarələri Mariupol yaxınlığında və Dnestryanı ərazi ilə sərhəddə Ukraynanın hava məkanını pozub. Rusiya pilotsuz təyyarələrin köməyi ilə antiterror güclərinin mövqelərinin öyrənilməsini davam etdirir”, - A.Lısenko qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm