Dünya
Türkiyə ordusu döyüş vəziyyətinə gətirildi
Türkiyə Silahlı Qüvvələri bölgədə başlanacaq hərbi əməliyyatlar məqsədilə hazırlıqlara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezident Rəcəp Tayyip Ərdoğanın açıqlama verib.
“TSK hazırlıqlara başladı” deyən prezident Suriya və İraqla sərhəddə “Uçuşa qadağan” bölgənin yaradılacağını bildirib.
Onun sözlərinə görə, Türkiyə sərhədləri yaxınlığındakı bu düşərgələri türk əsgərləri deyil, ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələri qoruyacaq.
Xatırladaq ki, Türkiyənin bu hazırlıqlarına səbəb ABŞ-ın yaratdığı koalisiyanın İŞİD-ə qarı hərbi əməliyyatlara hazırlaşmasıdır.
CNN-nin məlumatına görə, Türkiyə artıq sərhəd ərazilərdə hərbi əməliyyatların gedişini və təhlükəsizlik planını hazırlayır. Bu hazırlıqlara səbəb əməliyyatlar başladığı zaman terrorçuların Türkiyə sərhədində hər hansı təhlükə törətmə ehtimalıdır.
Məlumatda o da bildirilir ki, Türkiyə sərhəd ərazilərdə artıq düşərgələr yaratmağa başlayıb. Burada xəstəxana, qaçqın çadırlarının salınması planlaşdırılır. “No fly zone” (Uçuş qadağan olunmuş ərazi) yaradılarsa, Əsəd rejiminin qırıcıları bu bölgə üzərindən üça bilməyəcək.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO