Almaniyadan xəbərdarlıq “Putinsiz Avropadakı münaqişələr həll olunmayacaq”
Bizi izləyin

Dünya

Almaniyadan xəbərdarlıq “Putinsiz Avropadakı münaqişələr həll olunmayacaq”

“Bu münaqişənin həlli bütün digər münaqişələrin həllinə açardır. Ukrayna böhranı həll etmədən Suriyada və ya İraqda vəziyyəti düzətmək mümkün olmayacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Düysburqda yerləşən İnkişaf və Sülh İnstitutunun direktoru Tobias Debiel Ukrayna böhranı fonunda Rusiya-Qərb qarşıdurmasını şərh edərkən deyib.

İŞİD-ə qarşı mübarizə, Yaxın Şərqdəki müharibələr və Ukrayna böhranının dünyanı iflic etdiyini deyən analitik Qərbin çarəsiz qaldığını bildirib. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinə münaqişlərin həlli üçün təkliflə müraciət etmək lazımdır.

Siyasət və Elm Fondunun təhlükəsizlik siyasəti üzrə tədqiqat qrupunun əməkdaşı alimi Volfqanq Rixter də eyni fikirləri bölüşür: “Kreml başçısı iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin liderləri ilə daha bir masanın arxasında oturmur, “Böyük səkkizlik” “Böyük yeddiyə” çevrilib. Amma Rusiya strateji nüvə silahına malikdir və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalır. Rusiya qlobal təhlükəsizlik məsələlərinin həlli üçün lazımdır”.

V.Rixter Suriyadakı kimyəvi silahın məhz Rusiyanın vasitəçiliyi ilə məhv edildiyini xatırladıb: “Ukrayna böhranı ilə yanaşı Avropada daha yeddi dondurulmuş münaqişə var. Onların hamısının həllində Rusiyanın iştirakı tələb olunur. Danışıqların əvəzinə provokasiyalara yol verilir. ABŞ müttəfiqlərlə birlikdə Ukraynada və Qara dənizdə hərbi təlimlər keçir. NATO ölkələri Ukraynanı silahla təmin etmək istəyir. Polşa və Avstriyaya daha az Rusiya qazı icrac olunur. Putin Luqanskdan Odessaya qədər “Novorossiya”nı xəyal edir. Amma bütün bunlara görə diplomatiyadan imtina etmək olmaz. Güc tətbiqi və silah heç nəyə kömək etməyəcək”.

T.Debiel qeyd edir ki, Moskva öz ünvanına strateji, iqtisadi və etnomədəniyyət təhlükələrinin olduğunu düşünür: “Bundan başqa, Almaniyanın birləşməsi zamanı Rusiyaya bildirdilər ki, NATO ona yaxınlaşmayacaq. Yəni, Rusiya Qərb razılıqları pozduğunu düşünür. Rusiya üçün Ukrayna bir növ “qırmızı xətt” idi və onu keçdilər. Bu andan etibarən Rusiya siyasi konsertin gözlənilməz iştirakçısı oldu. Putin boz zonada siyasət tətbiq edir, Ukraynanın şərqində hərəkətlərini gizli şəkildə davam etdirir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm