Dünya
Putin hansı “qanuni oğru”nu qızıl saatla mükafatlandırıb? - Fotolar
Populyar bloqçu Aleksandr Malıqin Rusiya Prezidenti Vladimir Putinin”Mixas” ləqəbli “qanuni oğru” - Sergey Mixaylovu üzərində öz adının həkk olunduğu qızıl saatla təltif etməsi məlumatını paylaşıb.
Axar.az -ın “Znak.com”a istinadən verdiyi xəbərə görə, blogger Mixaylovun fəxrlə bu barədə məlumatları özünün rəsmi saytında yerləşdirdiyini dilə gətirib.
Malıqin ötən əsrin 90-ci illərində cinayətkar aləmdə Moskvanın “Solnçev” kriminal qrupu kimi adlanan dəstənin məhbəs həyatı yaşamış ən fəal üzvünün Kreml dəhlizlərinə yol tapmasına təəccübünü gizlətməyib. Blogger deyib ki, “Mixas” şəxsən Putindən aldığı mükafatların şəkillərini rəsmi saytının səhifələrinə yerləşdirib. O, Rusiya dövlət başçısının “qanuni oğru”nu qızıl saatla onun Böyük Vətən Müharibəsi veteranlarına göstərdiyi diqqətə görə təltif edib.
Qeyd edək ki, Mixaylovun aldığı medallar sırasında onun Krımın Rusiyaya birləşdirilməsində göstərdiyi xidmətə görə aldığı “Yaşasın Rusiya” döş nişanı da var.
Blogger “Mixas”ın Krım məsələsində onun hansı rol oynaya biləcəyi sualına aydınlıq gətirməkdə hələ də çətinlik çəkdiyini gizlətməyib.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO