Almaniya İŞİD-ə qarşı sərt tədbirlərə hazırlaşır
Bizi izləyin

Dünya

Almaniya İŞİD-ə qarşı sərt tədbirlərə hazırlaşır

Almaniya İŞİD-ə qoşulan şəxsləri vətəndaşlıqdan məhrum etməyə hazırlaşır.

Axar.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə alman deputat Volfanq Bosbax çıxış edib.

O bu terror təşkilatına qoşulan şəxslərə qarşı Berlinin sərt mövqe tutmalı olduğunu bildirib.

Digər alman deputat Tomas Ştrobl isə vətəndaşlıqdan məhrum etmənin Almaniyanın İŞİD-ə qarşı hazırladığı kataloqun yalnız bir hissəsi olduğunu bildirib:

“Bu insanlar anlamalıdırlar ki, onların geriyə yolu yoxdur”.

Qeyd edək ki, Almaniyadan 400 nəfər İraqda İŞİD sıralarında vuruşur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm