Dünya
İngiltərə ilə İran arasında 35 il sonra bir ilk
İngiltərə baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani bir araya gəlib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində baş tutub.
Görüş 1979-cu il İran İslam inqilabından sonra bir İngiltərə baş nazirinin İran prezidenti ilə ilk qarşılaşması olması baxımından diqqət çəkib. Son belə görüş 1979-cu ildə baş tutmuşdu.
Görüşünü detalları barədə məlumat verilməyib.
Lakin Kameronun İran prezidentindən Tehranın İŞİD-ə qarşı mübarizəyə qatılması ilə yanaşı Əsəd rejiminə dəstəyini kəsməsini istəyəcəyi gözlənilirdi. İngiltərə bir çox Qərb ölkəsi kimi Həsən Ruhani dövrünü Suriya böhranının sona çatması və Tehranın nüvə proqramı ilə əlaqədar beynəlxalq cəmiyyətdəki gərginliyin aradan qaldırılması üçün fürsət olaraq görür.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın prezidentliyi dövründə İngiltərə-İran diplomatik əlaqələrində yaşanan pisləşmə 2011-ci ildə İngiltərənin İrana qarşı yeni sanksiya qərarı ilə pik nöqtəsinə gəlmişdi.
Ömər Dağlı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO