Primakovdan sensasiyalı İvanişvili açıqlaması - Video
Bizi izləyin

Dünya

Primakovdan sensasiyalı İvanişvili açıqlaması - Video

“İvanişvilini siyasətə Rusiya gətirməyib”.

Axar.az İzvestiya.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov çıxış edib.

Onun Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili haqqında dediyi sözlər bir müddət öncə Yutub sosial şəbəkəsində yerləşdirilib. Primakov İvanişvili ilə yalnız bircə dəfə görüşdüyünü deyib:

“İvanişviliyə gəlincə isə mən onunla bircə dəfə görüşmüşəm. O zaman mən Xarici İşlər naziri idim. O, Xarici İşlər Nazirliyinin yanında bina tikdirirdi. Orada yeraltı qaraj var idi və biz qarajın kimə aid olduğunu müzakirə etmişik. Onun siyasətdən getməsinə gəlincə, məncə, o hələ siyasətdən getməyib. Mən sizə qətiyyətlə deyə bilərəm ki, onu siyasətə Rusiya gətirməyib”.

Videonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm