Poroşenko dövlət orqanlarını ruslardan təmizləyir
Bizi izləyin

Dünya

Poroşenko dövlət orqanlarını ruslardan təmizləyir

Ukraynada 2020-ci ilə qədər dövlət qulluqçularının 70 faizi yenilənəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat konfransı ilə açıqladığı islahatlar proqramında deyilir.

“2020-ci ilə qədər dövlət orqanlarının (hüquq-mühafizə, məhkəmə, prokurorluq və digər hakimiyyət orqanları) kadr tərkibinin yenilənməsi həyata keçiriləcək”, - sənəddə deyilir.

Sənədin açıqlanmasından dərhal sonra “hakimiyyət orqanları ruslardan təmizlənir” şəklində şərhlər ortaya çıxıb.

Ukrayna prezidenti həmçinin ölkəsinin 2020-ci ilə qədər Avropa Birliyinə üzv olmaq üçün müraciət edəcəyini bildirib.

“Bu proqram 2020-ci ilə qədər həyata keçiriləcək 60-a qədər islahatı nəzərdə tutur. Biz həmçinin 2020-ci ilə qədər Avropa İttifaqının üzvlüyünün əldə edilməsi üçün müraciət etməyə hazırlaşırıq”, - deyə P.Poroşenko söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm