İŞİD hava hücumlarına görə taktikasını dəyişdi
Bizi izləyin

Dünya

İŞİD hava hücumlarına görə taktikasını dəyişdi

ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın hava hücumlarına İŞİD-i taktikasını dəyişməyə sövq edib. Terror təşkilatı zirehli maşından velosipedə, nəhəng qərargahdan xəndəyə keçib.

Publika.az xəbər verir ki, ABŞ-ın başçılığı altında qurulan beynəlxalq koalisiyanın başlatdığı hava hücumlarından sonra İŞİD-in (İraq Şam İslam Dövləti) taktikasını dəyişdiyi bildirilib. “Röyters” agentliyinin İraqdakı əşirət mənbələrinə istinadən verdiyi xəbərdə İŞİD-in son vaxtlar tankdan velosipedə, nəhəng qərargahdan xəndəyə keçdiyi qeyd olunur.

İŞİD-in yeni taktikası: yolu minaladılar

Terror təşkilatı artıq diqqət cəlb edən avtomobil karvanları ilə gəzmir. Bunun əvəzində yaraqlılar motosiklet və ya velosipedlərdən istifadə edirlər. Kərkükün cənubundakı bir əşirət lideri “Əvvəlki kimi hərbi konvoylarla gəzmirlər. Tanklara minmirlər. Bunun əvəzinə motosiklet, velosiped, lazım gələndə kamuflyaj maşınlardan istifadə edirlər” deyib.

Əşirət lideri bölgədəki İŞİD yaraqlılarının hava hücumuna məruz qala biləcəklərini eşitdiklərini və bunun üçün ən böyük qərargahdan çıxdıqlarını deyib: “Bütün mebellərini, avtomobil və silahlarını aparıblar. Yola mina döşəyiblər və qərargahı boşaldıblar” deyə qeyd edib.

Boş evlərə bayraqlarını asırlar

Hədəfi yayındırmaq üçün yaraqlılar mülki şəxslərin boşaltdığı evlərə öz bayraqlarını asırlar. Terror təşkilatının “dindən dönənləri” həbs etdiyi nəzarət məntəqələri azalıb. Bir başqa mənbə terror təşkilatının edamlarının da azaldığını deyib: “İnsanları su içirmiş kimi asanlıqla öldürürdülər. Hava hücumlarından sonra bu hallar azalıb”.

Mobil telefonları söndürdülər

Yaraqlılar mobil telefondan çox az istifadə edirlər. Tikritdəki bir polis bölgədəki yaraqlıların mobil nömrələrini dəyişdirdiklərini, telefondan istifadə etmədikləri zaman isə onları söndürdüklərini deyib.

İŞİD-çilər ehtimal olunan ölü sayını azaltmaq üçün əvvəlki kimi kütləvi şəkildə gəzmirlər. Belə ki, Diyaladakı qərargahın sayı 2-dən 20-yə yüksəlib. Hər qərargahda da 3-4 nəfər qalır.

İki nəfərlik xəndəklər qazıldı

“Röyters”in xəbərinə görə, yaraqlılar vətəndaşların həyətyanı sahələrində yalnız iki nəfərin sığışa biləcəyi xəndəklər qazıblar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm