Kreml separatçıları dənizdən məhrum edir
Bizi izləyin

Dünya

Kreml separatçıları dənizdən məhrum edir

Kreml Azov dənizinə çıxışı Donetsk və Luqanskın bandit rejimlərinə vermək istəmir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Senzor.net. saytının baş redaktoru Yuri Butusov məlumatlı mənbəyə istinadən “facebook” səhifəsində yazıb.

“Mənbənin məlumatına görə, Ukrayna, hər halda, Mariupolu verməyəcək. Bu məsələ hətta müzakirə edilmir. Rusiya istəmir ki, dəniz sərhədindəki qaçaqmalçı deşik sonradan onların özləri üçün problemlər yaratsın. Yəni, Putin əla anlayır ki, özünün təşkil etdiyi rejimlərin başında əclaflar hakimiyyətdə olacaqlar. O, buna görə də dənizə çıxışı və sərbəst qaçaqmalçılıq marşrutları bandit rejimlərə vermək istəmir”, – deyə baş redaktor bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm