Davudoğlu: “Biz aylarla bunu Bəşər Əsədə başa salmağa çalışdıq”
Bizi izləyin

Dünya

Davudoğlu: “Biz aylarla bunu Bəşər Əsədə başa salmağa çalışdıq”

“Bizə keçmişdə demokratiya dərsi keçmək istəyənlər Yaxın Şərqdə demokratiyanı və demokratik gücləri tərk etdilər. Amma biz tərk etməyəcəyik”.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Dünya İqtisadi Forumunda etdiyi çıxışında deyib.

Yaxın Şərqdə böyük bir zəlzələnin içərisində olduğunu deyən baş nazir bütün dünyaya 4 ildir ki, məhz bunu izah etməyə çalışdıqlarını bildirib.

“2011-ci ildə Bəşər Əsədlə 7 saat görüşdüm. Bəşər Əsədə “əgər bir ölkədə keçmiş prezidentlər, keçmiş baş nazirlər dinclik içində yaşaya bilirsə, həmin ölkədə demokratiya var. Əgər keçmiş prezidentlər, baş nazirlər ya həbsdə, ya da ölkə xaricində yaşayırsa, o ölkədə demokratiya yoxdur” dedim. Biz aylarla səbr göstərərək Bəşər Əsədi razı salmağa çalışdıq”, - deyə Türkiyə baş naziri söyləyib.

Ə.Davudoğlu bütün sünni ictimaiyyətin Əsədə qarşı cəbhə açdığı zaman Türkiyənin onu dəstəklədiyini xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm