• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD-dən Qərbə təhdid: “Allahın izni ilə başınızı qoparacağıq” - VİDEO 18+

  • Dünya
  • 30 Sentyabr 2014 11:56
  • 1 836 Baxış
İŞİD-dən Qərbə təhdid: “Allahın izni ilə başınızı qoparacağıq” - VİDEO 18+

Çeçen Ömərin də olduğu təbliğat videosunun sonu qətliamla bitir.

Publika.az xəbər verir ki, Suriyanın və İraqın bir çox bölgələrini işğal edərək şəriət dövləti elan edən və demək olar ki, hər gün onlarla insanın başını kəsən İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatı “youtube.com”da yeni təbliğat videosu yayıb.

Videoda əsasən ABŞ-a və Avropa ölkələrinə meydan oxuyan İŞİD-in yüksək rütbəli üzvləri “azad ticarətlərindən” də bəhs edirlər.

Video “Sərhədlərin ləğv edilməsi” adlandırılır. Türkcə alt yazı ilə yayımlanıb. İŞİD-in bir çox komandirləri ilə bərabər, məşhur Çeçen Ömər və Ömər Şişani kimi tanınan Ömər Batiraşvilinin də çıxışı burada yer alıb.

Videoda “Səfəvi Ordusu” adlandırdığı İraq Silahlı Qüvvələrinin bir neçə əsgərini əsir götürdükdən sonra onlara “Allah-təalanın izni ilə başlarını qopardacağıq deyilir. Allah-təalanın izni ilə İslam Dövlətinin əsgərləri haqsızlıq qarşısında səssiz qalmır” deyə əsirləri öldürəcəklərini əvvəlcədən bəyan edirlər.

Daha sonra əsirləri diz çökdürərərk “Sərhədlərimizi ağlımızda da, ürəyimizdə də və həqiqətdə də ləğv elədik. Allahım sənə həmd və şükürlər olsun” deyərək “Allahu Əkbər” nidalarından sonra əsirləri edam edirlər.

Xatırladaq ki, bundan öncə bir neçə dəfə mətbuatda Çeçen Ömərin öldüyü haqqında xəbər gedib. Bu ilin may ayında yayılan xəbərə görə, Ömər Şişani Əsədin ordusu tərəfindən öldürülmüşdü. Daha sonra PKK terror təşkilatının iyul ayında yaydığı bəyanata görə, Çeçen Ömər PKK terror təşkilatının Suriya qolu olan YPG yaraqlıları tərəfindən öldürülüb. Ancaq Publika.az-ın son məlumatına görə Ömər Şişani sağ idi.

Daha ətraflı videoda:

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR