• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ukrayna separatçıların “əməkdaşlıq” əlaqələrini açıqladı – Sxem

  • Dünya
  • 30 Sentyabr 2014 18:08
  • 756 Baxış
Ukrayna separatçıların “əməkdaşlıq” əlaqələrini açıqladı – Sxem

“Donetsk Xalq Respublikası” separatçı qurumun “təhsil naziri” Donetsk biznesmenləri və keçmiş prezident Viktor Yanukoviçin “ailə”si ilə sıx bağlıdır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin araşdırmasında deyilir.

Bildirilir ki, “təhsil naziri” İqor Kostenok biznesmenlər Rinat Əhmədov və İqor Qumenyuk, həmçinin sabiq prezident Yanukoviçin “ailə”si ilə bağlı strukturlarda işləyir. İ.Kostenok Rusiya vətəndaşı Aleksandr Borodayın “baş nazir” postundan istefası və onun yerinə Aleksandr Zaxarçenkonun təyinatından sonra “DXR hökuməti”nə daxil olub.

“DXR”in “təhsil naziri” Tenoparka Uqlemaş” zavodunda direktorun səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Zavodun səhmlərinin 20 faizi R.Əhmədova məxusdur. “Təhsil naziri” həmçinin Donetskdəki “MMS” firmasında Donetsk şəhər şurasının deputatı İvan Qvetadzenin partnyorudur.

2012-ci ilin mayında “Forbes” yazırdı ki, 1990-cı illərdə İ.Qvetadze 1996-cı ildə öldürülmüş sahibkar Aleksandr Şvedçenkomla birlikdə "Şaxtyor” futbol klubunu maliyyələşdib. Bundan başqa İ.Kostenok İ.Qumenyukun qardaşı Aleksandr Qumenyukun başçılıq etdiyi “İnvestisiyalar üzrə Donetsk regional mərkəzi”nin direktor müavini işləyib.

İ.Kostenok həmçinin “Avropa seçimi” Donetsk ictimai təşkilatın həmtəsisçisi idi. Təşkilatın digər həmtəsisçiləri Eduard Bondarenko və Vadim Bondarenko idi. “DXR”in “baş naziri” A.Zaxarçenko R.Əhmədovun yaxın ətrafının rəhbərlik etdiyi strukturlarda işləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR